AZ

Alma, armud, bir də heyva

Bu 3 meyvənin ixracı ölkəyə 60 milyon dollar qazandırıb

Azərbaycandan xarici ölkələrə meyvə ixracında artım davam edir. Kənd Təsərrüfatı Nazirliyindən XQ-yə verilən məlumata görə, bu ilin yanvar–noyabr aylarında ölkəmizdən xarici bazarlara 94 min 526,3 ton alma, armud və heyva ixrac olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.

Hesabat dövründə ölkəmiz alma, armud və heyva ixracından 59 milyon 994 min 600 dollar qazanc əldə edib. Xatırladaq ki, bu meyvələrin ixracından əldə edilmiş gəlir əvvəlki ilin 11 ayı ilə müqayisədə 2,8 faiz çox olub. 

 

Seçilən
12
xalqqazeti.az

1Mənbələr