AZ

“Ukrayna ərazisinin üçdə birini itirəcək” - Slovakiyanın Baş naziri

“Ukrayna Rusiya ilə münaqişə nəticəsində ərazisinin üçdə birini itirəcək”.

Missiya.Az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko “Folha de S.Paulo”ya müsahibəsi zamanı deyib.

“Düşünürəm ki, Ukrayna öz ərazisinin üçdə birini itirəcək, lakin ona təhlükəsizlik zəmanəti veriləcək, məsələn, xarici qoşunların olması bu, hər kəsin danışdığı Ukrayna üçün xoşbəxtlik sayılırsa, mən inanıram ki, ukraynalılar xəyanətə məruz qalacaq”, - deyə siyasətçi vurğulayıb.

Fikonun sözlərinə görə, Ukraynadakı münaqişənin həlli yalnız atəşkəs və danışıqlar prosesinin başlanğıcı ola bilər. 

O, qeyd ki, Ukrayna ərazisini itirəcək və NATO-ya dəvət edilməyəcək.

Slovakiyanın Baş naziri münaqişənin nəticələrinin Ukrayna dövlətinin daxili sabitliyinə çox ciddi təsir edəcəyini də bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
28
1
missiya.az

2Mənbələr