Suriyadakı məsələlərlə bağlı Türkiyə Prezidenti ilə cənab Prezident arasında telefon danışığı olub. Suriya xalqına təbriklər çatdırıldı.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq: “Suriyada əvvəlki rejim bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradılırdı. Azərbaycan qardaş Türkiyə ilə birlikdə bu məsələləri birlikdə həyata keçirir”