AZ

Böyük söküntü başlayır - Kompensasiya necə olacaq?

19:13 11.12.2024
19:13 11.12.2024

Sumqayıt şəhəri 20, 21-ci məhəllələrdə köhnə evlərin söküntüsünə başlanılır.

Mynews.az bildirir ki, bu barədə iddia baku.ws-in "qaynar xətti"nə daxil olub.

Bildirilir ki, ərazidə gələn ilin mart ayından etibarən köhnə tikililərin söküntüsünə start veriləcək. Bunun müqavilində sakinlərə hər kvadratmetrə görə 1500 AZN pul ödəniləcək. Üstəlik onlara kirayə mənzil haqqı olaraq 500 manat aylıq pul ödəniləcək.

Məsələ barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.


Seçilən
22
20
mynews.az

10Mənbələr