AZ

Tramp vəzifəyə başladığı gün 25-dən çox fərman və sərəncam verməyi planlaşdırır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya günü 25-dən çox fərman və sərəncam verməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən yazır.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Tramp öz komandasına açıq şəkildə bildirib ki, o, ilk günün fərmanları ilə "böyük sıçrayış" etmək niyyətindədir.

Sənədlər miqrasiya qanunvericiliyi ilə yanaşı, enerji, təhsil və s.-i əhatə edəcək. Xüsusilə, miqrasiya tədbirlərinin gücləndirilməsi və Meksika ilə sərhəddə divarın tikintisinin bərpası, həmçinin sərhəd zonasının gücləndirilməsi gözlənilir.

Həmçinin agentliyin məlumatına görə, Tramp ölkədə neft və qaz hasilatını artıra bilər - belə bir tədbiri siyasətçi seçkiqabağı vədlərində bəyan edib.

Bundan əvvəl Tramp 2021-ci ilin yanvarında Co Baydenin prezident seçkilərindəki qələbəsi ilə razılaşmadığı üçün Kapitoliyə basqın edən tərəfdarlarını əfv etmək niyyətini də ilk gündə açıqlamışdı.

Müqayisə üçün qeyd edək ki, Bayden prezident kimi fəaliyyətə başladığı ilk gündə 17 icra sərəncamı verib, onların əksəriyyəti sələfinin sərəncamlarını ləğv edib.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr