AZ

"İnsan hüquqlarının müdafiəsi istiqamətində yeni nəşrlər və elmi-praktiki sənədlər hazırlanıb" - İlqar Ağasiyev

Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri İlqar Ağasiyev QHT.az-a verdiyi özəl açıqlamada son illərdə institut tərəfindən insan hüquqlarının inkişafı istiqamətində hazırlanmış bir sıra sənədlər və nəşrlər haqqında məlumat verib:

"Son maraqlı nəşrlərin bəzilərini sadalamaq istərdim. Misal üçün: Üzeyir Məmmədovun “Silahlı münaqişələr zamanı və münaqişədən sonrakı vəziyyətlərdə insan hüquqlarının müdafiəsi: beynəlxalq hüquqi aspekt”, Vəfaddin İbayevin müəllifi olduğu “Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 illik baxış bucağında” və Asif Qədirovun müəllifi olduğu “Mülki hüquq: suallar və cavablar” kimi kitabları qeyd etmək olar".

İlqar Ağasiyev həmçinin bildirib ki, dekabrın 6-da “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa dair hazırlanmış elmi-praktiki kommentariyanın ilkin variantı geniş hüquq ictimaiyyətinə təqdim olunub:

"Bu sənədin məqsədi yalnız hüquqi normativlərə dair elmi-praktiki izahlar təqdim etmək deyil, həm də cəmiyyətdə, xüsusilə həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması istiqamətində ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdir".

 

Pərvanə Fərhadqızı

Seçilən
20
qht.az

1Mənbələr