AZ

“Ermənistanla o məsələlərə işçi qaydada baxılmaqdadır” – Prezidentin köməkçisi

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri arasında müzakirələr aparılır.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə,  bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyevin sözlərinə görə, iki ölkə arasında açıq qalan müəyyən məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır.

Prezidentin köməkçisi artıq iki ölkə arasında müharibə faktorunun qalmadığını diqqətə çatdırıb: “Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edib. Ermənistan işğalçı qüvvələri də Azərbaycan ərazisindən çıxarılıb”.

Seçilən
9
heftelik.az

1Mənbələr