Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bəyan edib ki, Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur. SİTAT: “Əksinə üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir”, - o əlavə edib.
H.Hacıyev daha sonra minalarla bağlı məsələyə toxunub. Prezidentin köməkçisi bildirib ki, minaların təmizlənməsi zəhmət və maliyyə tələb edir. “Bir çox hallarda mina qurbanları mülki insanlardır. Minalar mülki insanların azad ərazilərə qayıtmasını çətinləşdirir. Ermənistanın təqdim etdiyi mina xəritəsinin dəqiqliyi çox deyil”, - o əlavə edib.
Mətləb Salahov