"Axmaq insanı hərəkətlərindən tanımaq olar. Son həftələrdəki hadisələrdən sonra ABŞ və başqalarının 'qorxuya düşdüyünü' düşünməyə başlamışdım, lakin onlar Rusiyaya qarşı kiçik və mənasız bir ATACMS zərbəsi endirdilər," - deyə o, sosial şəbəkədə yazıb.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinin Taqanroq şəhərindəki hərbi aerodroma altı ədəd ATACMS ballistik raketi ilə hücum edib. Rusiya Müdafiə Nazirliyi raketlərin hamısının ya vurulduğunu, ya da radioelektron mübarizə vasitələri ilə istiqamətinin dəyişdirildiyini açıqlayıb. Lakin raket qalıqlarının düşməsi nəticəsində şəxsi heyət arasında xəsarət alanlar olub.
Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin bu hücumunun cavabsız qalmayacağını bildirib.
İrlandiyalı jurnalist Çey Bouz isə amerikalılara müraciət edərək, ABŞ silahlarının Rusiya obyektlərinə hücumda istifadə edilməsini dəstəkləyib-dəstəkləmədiklərini düşünməyi tövsiyə edib.