Ermənistanda adəti üzrə ənənəvi nasizm şakəri xortlamağa başlayıb. Söhbət ondan gedir ki, İrəvanda “Hosank” neonasist təşkilatı fəallaşıb. Bu erməni toplumunun denazifikasiyasının qaçılmaz olduğuna dəlalət edirmi?
Dekabrın 18-də İrəvanda erməni neonasist “Hosanq” təşkilatının görüşü və mətbuat konfransının keçirilməsi planlaşdırılır. Ermənistan KİV-nin məlumatına görə, tədbirdə iştirakçılar gələcək fəaliyyətləri ilə bağlı planları barədə danışmaq niyyətindədirlər.
ABŞ vətəndaşı Hayk Nazaryanın yaratdığı “Hosank” təşkilatı artıq 3 ildir ki, Ermənistanda fəaliyyət göstərir. Təşkilat 2024-cü ilin yanvarında İrəvanın mərkəzində nasist simvollarından, şüarlarından və salamlarından istifadə edilən yürüş keçirdikdən sonra diqqət çəkib.
Hadisə hüquq-mühafizə orqanlarının heç bir reaksiyası olmadan baş verib. Qınama yalnız bəzi erməni müxalifətçi deputatlardan və Rusiya Xarici İşlər Nazirliyindən gəlib.
Təşkilat öz fəaliyyətini açıq şəkildə həyata keçirir: ofisi, internet saytları var, ianələr toplayır və nasist ideologiyasının elementlərini ehtiva edən materiallar dərc edir.
Ülviyyə, Hurriyyet.az