"Artıq 1 ildən çoxdur ki, Səhiyyə Nazirliyinə bir qrup plastik cərrahla bağlı müraciət olunub".
"Unikal" xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
"Nazirliyin əmri ilə xüsusi işçi qrupu yaradılıb. Aidiyyəti qurumlarla birlikdə araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, heç bir tibbi təhsili olmayan saxta "həkimlərin" sosial media vasitəsilə insanlara saxta müalicə üsulları və s. cinayət tərkibli əməlləri aşkar olunub".