AZ

Fövqəldə vəziyyət komandanı vəzifədən azad edilib

Fövqəldə

Dekabrın 3-də Cənubi Koreyada uğursuz hərbi vəziyyət elan edilərkən hərbi vəziyyətə nəzarət etmək üçün komandan təyin olunan Baş Qərargah rəisi Park An-su vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, Müdafiə Nazirliyi general Parkın işdən çıxarıldığını təsdiqləyib.

Xatırladaq ki, prezident Yoon Suk Yeol general Parkı “hərbi vəziyyət komandiri” təyin etmişdi.

Qeyd edək ki, hərbi vəziyyət elan edildikdən qısa müddət sonra ölkədə bütün siyasi fəaliyyətləri qadağan edən hərbi vəziyyət fərmanı general Parkın imzası ilə verilib. Park parlamentə verdiyi açıqlamada hərbi vəziyyətin elan olunmasını prezidentin televiziyada verdiyi açıqlamadan öyrəndiyini və hərbi vəziyyət əmrini hazırlamadığını iddia edib.

Keçmiş Baş qərargah rəisi hərbi vəziyyətin ləğvindən sonra istefa ərizəsini o vaxt müdafiə naziri olan Kim Yonq-hyuna təqdim etdiyini, lakin prezident bunu rədd edəndə vəzifəsini davam etdirdiyini bildirib.

Əlavə edək ki, keçmiş müdafiə naziri Kim Yonq-hyun dekabrın 5-də hərbi vəziyyətin uğursuz elan edilməsindən sonra istefa verib. Prezident Yoona hərbi vəziyyət elan edilməsini təklif etdiyi iddia olunan keçmiş nazir Kim “qiyama dəstək” ittihamı ilə həbs edilib.

General Parkdan əvvəl Paytaxt Müdafiə Komandanı, Xüsusi Təyinatlı Qüvvələr Komandanı, Müdafiə Kəşfiyyatı Komandanı və Müdafiə Əks-Kəşfiyyat Komandanı da daxil olmaqla, 6 yüksək rütbəli hərbçi hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar işdən çıxarılıb.

ELÇİN
Seçilən
10
4
reyting.az

6Mənbələr