Baş prokuror Kamran Əliyev və Baş Prokurorluğun digər əməkdaşları Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günündə onun məzarını ziyarət ediblər.
"Unikal" xəbər verir ki, prokurorluğun rəhbər heyəti suveren Azərbaycan dövlətinin qurucusu və memarı, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu öndərin məzarı üzərinə tər çiçəklər düzüb, onun ruhu qarşısında baş əyiblər.
Müxbir: Anar Kəlbiyev
Fotolar: Ayxan Məlikov