AZ

Səhiyyə naziri: "Gəlin, öz xalqımızı gözəllik anlayışı məsələsində maarifləndirək"

Yanlış məlumatlar süni gözəllik standartlarının yaranmasına səbəb olur.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Media nümayəndələri burdadır deyə fürsətdən istifadə edib bir çağırış etmək istəyirəm. Gəlin, öz xalqımızı gözəllik anlayışı məsələsində maarifləndirək. Gözəllik anlayışı nədir, onun tarixinə baxaq, gözəllik standartlarının müəyyənləşdirilməsində milli xüsusiyyətlərimizi nəzərə alaq”, - nazir qeyd edib.

Teymur Musayev bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Mədəniyyət Nazirliyindən dəstək görəcəyinə ümid etdiyini vurğulayıb.

“Yanlış məlumatlar süni gözəllik standartlarının yaranmasına səbəb olur.

Maarifləndirmə uşaq yaşından başlayır. Oyuncaqlardan başlamaq lazımdır. Tələb təklif doğurur, tələbi elə formalaşdırmalıyıq ki, sağlam, qüsursuz insan öz xarici görünüşünü problem edib zərərli əməliyyatlara üz tutmasın”.

Seçilən
14
11
apa.az

10Mənbələr