Ermənistanın SSRİ-nin tərkibində olduğu müddətdə malik olduğu sərhədlərdən imtina etməsi suverenlikdən və dövlətçilikdən imtina deməkdir.
Oxuməni.az xəbər verir ki, bu barədə respublikanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.
O, aydınlaşdırıb ki, Ermənistan Sovet Ermənistanı ərazisində müstəqillik əldə edib və beynəlxalq ictimaiyyət respublikanı müstəqil kimi tanıyıb. Onun sözlərinə görə, beynəlxalq səviyyədə tanınmış əraziyə sədaqət təhlükəsizlik üçün vacibdir və Ermənistan üçün buferdir.
Paşinyan əlavə edib ki, əgər erməni xalqı özü beynəlxalq səviyyədə tanınmış əraziləri tanımırsa, deməli, bu, başqalarının onu tanımamasına imkan yaradır.
Almaz Həsənli