AZ

ABŞ Nümayəndələr Palatası Ukraynaya yardımın uzadılmasını dəstəkləməyib

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardımla bağlı “Lend-Liz”in müddətinin 2025-ci ilə qədər uzadılmasını dəstəkləməyib.

Azpost.info bildirir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib.

Onun sözlərinə görə, ilkin olaraq Lend-Liz-in uzadılması təklifi 2025-ci il üçün müdafiə büdcəsi qanun layihəsinə daxil edilib. Lakin Nümayəndələr Palatasının təsdiq etdiyi sənədə daxil edilməyib.

Markarova qeyd edib ki, layihə hələ də Senat tərəfindən təsdiqlənməlidir. Səfirlik Lend-Liz mexanizminin saxlanması üçün çalışacaq.

Xatırladaq ki, 9 may 2022-ci ildə ABŞ prezidenti Co Bayden İkinci Dünya müharibəsindən sonra ilk dəfə Ukrayna üçün Lend-Liz müqaviləsini imzalamışdı.

phrase_var_article.chosen
23
azpost.info

1phrase_var_article.sources