"Hazırda Azərbaycanda ümumtəhsil müəssisəslərində müəllim çatışmazlığı yoxdur. Biz bunu dəfələrlə elan etmişik".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında bildirib.
Onun sözlərubə görə, əsas problem "Təsviri İncəsənət" və "Musiqi" müəllimləri ilə bağlıdır:
Nazir qeyd edib ki, daha çox incəsənətmeyilli fənləri tədris edən müəllimlərin sayında çatışmazlıqlar mövcuddur:
"Ucqar kəndlərdə də müəllimlərin azlığı ilə bağlı problem müşahidə edilmir".
Əli Hüseynov