AZ

Cənubi Koreya polisi yenidən prezident administrasiyasına gəlib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Koreya Respublikasının polisi qiyam işi ilə bağlı araşdırma aparmaq üçün yenidən prezident administrasiyasına gəlib. Onların məqsədi sənədləri əldə etməkdir.
Oxu.Az bu barədə "Yonhap" agentliyinə istinadən xəbər verir.
Polisin axtarış orderi var, lakin Cənubi Koreya qanunları dövlət və hərbi sirr normaları ilə qorunan binalara girişi qadağan edir. Buna görə də axtarış əvəzinə Qərargah rəisləri komitəsi polisə seçilmiş sənədləri verməyi qərara alıb.
Qeyd edək ki, bir gün əvvəl polis administrasiyada axtarış aparmağa cəhd edib, lakin prezident mühafizəsi qanun və presedentlərə istinad edərək onları binaya buraxmayıb. Bunun əvəzində polisə çox məhdud sayda sənəd verilib. Koreya Respublikasının prezidenti konstitusiya quruluşunu devirmək məqsədilə qiyam təşkil etməkdə şübhəli bilinir.
Seçilən
10
oxu.az

1Mənbələr