AZ

Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyası başa çatmalıdır - Prezidentin köməkçisi

Ermənistan ərazisində hər hansı üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktordur.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Azərbaycan tərəfi qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmür:

“Ermənistan-Azərbaycan sərhədindəki Avropa İttifaqının missiyasının fəaliyyəti artıq başa çatmalıdır. Missiyanın yerləşdirilməsi Praqada Azərbaycan Prezidenti İlham Əliyevin, Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə razılaşdırılmışdı. O missiya qısamüddətli olmalı idi. Biz gördüyümüz kimi, bu, davamlı bir missiyaya çevrilir və tərkibi, habelə coğrafi mandat ərazisi genişləndirilir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmürük. Biz Avropa İttifaqının missiyasının regionda sülhün möhkəmləndirilməsinə xidmət edən faktor olduğunu hesab etmirik. Bu, narahatlıq doğuran faktordur".

Seçilən
9
4
modern.az

5Mənbələr