Yazını böyüt
Yazını kiçilt
Sərbəst güləş üzrə azyaşlı yeniyetmələr arasında Azərbaycan çempionatı keçirilib. Gərgin mübarizə şəraitində keçən çempionata böyük maraq olub. İştirakçılar tatami üzərində güclərini sınayıblar.
Laçın rayon 45 saylı tam orta məktəbin 9-cu sinif şagirdi 2010-cu il təvəllüdlü Qarazadə Məzahir Emin oğlu bütün rəqiblərinə qalib gəlməyi bacarıb. Bununla da fəxri kürsüdə birinci yeri tutmaqla qızıl medal qazanıb. Məzahir bundan sonra da uğurlu nəticələr göstərəcəyinə, ölkəmizi beynəlxalq yarışlarda da uğurla təmsil edəcəyinə inandığını bildirib.