AZ

Ulu öndərin arzuladığı Azərbaycan - VİDEO

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günüdür.

Bakıvaxtı.az xəbər verir ki, Ulu öndərin vəfatından 21 il ötür.

 Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Heydər Əliyev Azərbaycanı daim müstəqil, suveren, bölünməz görmək istəyirdi.

"Mənim üçün öz canımdan, öz həyatımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq və əbədi etməkdir", - deyirdi Ulu öndər.

Heydər Əliyevin bu arzuları bu gün reallığa çevrilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində Qarabağ torpaqları düşmən işğalından azad edilib, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub.

Bu gün hər birimiz Ulu öndərin dediyi kimi "mən azərbaycanlıyam" kəliməsini fəxarətlə səsləndiririk.

Seçilən
27
bakivaxti.az

1Mənbələr