AZ

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4% azalıb

2024-cü ilin yanvar-noyabr aylarında əsas kapitala 15 910.3 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.8 faiz az investisiya yönəldilib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,0 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 1,1 faiz azalmışdır.

İstifadə olunmuş investisiyanın 8 138.8 milyon manatı və ya 51.2 faizi məhsul istehsalı sahələrinə, 5 617.8 milyon manatı (35.3 faizi) xidmət sahələrinə, 2 153.7 milyon manatı (13.5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 13 066.5 milyon manatını və ya 82.1 faizini daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 11434.8 milyon manatı və ya 71.9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

phrase_var_article.chosen
14
15
banker.az

10phrase_var_article.sources