AZ

Gürcüstanda türk dili fars dilini üstələyib - İran rəsmisi

Gürcü dili fars dili ilə ortaq kökə malikdir və bu dildə 3000-dən çox fars sözü var və bu, iki xalq arasında uzun müddət davam edən qarşılıqlı əlaqələri göstərir.

Bu iddia ilə İranın Gürcüstandakı mədəniyyət müşaviri Mehdi Səadətnəjad çıxış edib.

"Sovetlər Birliyinin dağılmasından və Gürcüstann müstəqilliyindən sonra bu ölkədə fars dilinin yayılması və tədrisi üçün əlverişli şərayit yaradılsa da, rəsmi Tiflisin 2008-ci ildən bərə başlatdığı siyasi dəyişikliklər buna mane olub",- İran rəsmisi Gürcüstan hakimiyyətindən narazılığıq edib.

Səadətnəjad 16 il əvvəl fars dilinin tədrisi və yaylması üçün İranın Gücüstanda 4 məktəb açdığını, ancaq gürcülərin buna rəğbət göstərmədiklərini etiraf edib və fars dilinə marağın artırılması üçün müxtəlif tədbirlər planlaşdırıldığını söyləyib.

Türkiyənin Gürcüstandakı nüfuzundan narahatlığını ifadə edən mədəniyyət müşaviri, xarici serialların, xüsusən Türkiyə seriallarının bu ölkədə fars dili yerinə başqa dillərin, o cümlədən türk dilinin öyrənilməsinə səbəb olduğunu bildirib.

visiontv.az



Seçilən
21
11
visiontv.az

10Mənbələr