AZ

Nazirdən estetik cərrahlarla bağlı açıqlama!

Səhiyyə naziri Teymur Musayev son vaxtlar Azərbaycanda diplomsuz plastik cərrahlarla bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

OLAY yazır ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib. 

Nazir həmin həkimlərlə bağlı araşdırma aparıldığını bildirib: 

“Onların təhsili, iş fəaliyyəti barədə araşdırma aparılır. Bu adamlar cinayət işlədir. Onların əməlinə hüquqi qiymət veriləcək. 

Bu yalnız plastik cərrahların səlahiyyətində olmayıb. Bu istiqamətdə Baş Prokurorluqla danışıqlar aparılıb. Yaxın vaxtlarda açıqlama veriləcək”. 

Nazir, həmçinin mediaya çağırış edib: 

“Media vasitəsilə çağırış edirik ki, gəlin, gözəllik standartları nə deməkdir hər kəsə düzgün başa salaq. Yalnış, süni gözəllik anlayışlarını təbliğ etməyək. Sağlam insan öz xarici görünüşünə görə problem yaşamamalıdır. Xanımlara ziyan olan prosedurlardan kənar durmağı tövsiyə edirik”. 

Seçilən
7
6
olay.az

10Mənbələr