AZ

Rusiyada inflyasiya GÜCLƏNİR - Son 22 ilin rekordu qeydə alındı

2024-cü ilin noyabrında Rusiyada aylıq inflyasiya 1,43% təşkil edib. Rosstatın məlumatına görə, noyabrdakı göstərici oktyabrdakı göstəricidən (0,75%) təxminən iki dəfə çoxdur. Belə yüksək göstərisi sonuncu dəfə 22 il əvvəl qeydə alınıb.

 

Sfera.az Rosstata istinadən xəbər verir ki, illik inflyasiya da yüksəlib. İllik ifadədə noyabrda inflyasiya 8,88 faizə çatıb. Oktyabrda illik inflyasiya 8,54% idi.

 

Rusiyada ən çox ərzaq məhsulları bahalaşıb. Ay ərzində ərzaq məhsullarının qiymət səviyyəsi 2,33% artıb. Rusiyada inflyasiyanın yüksəlməsini Mərkəzi Bankın məlumatları da göstərir. Dekabrın 3-də Rusiya Mərkəzi Bankının sədr müavini Aleksey Zabotkin jurnalistlərə bildirib ki, 2024-cü ilin sonuna qədər inflyasiyanın 8,5% olacağını gözləyirlər. Amma Mərkəzi Bank dekabrda illik inflyasiyanın 9,2%-ə qədər artacağını da istisna etməyib.

 

Maliyyə qurumları arasında keçirilən sorğulara görə isə bu ilin sonunda Rusiyada illik inflyasiya 10 faizə çatacaq. Proqnozlara görə, Rusiyada illik bahalaşma 9,5-10 faiz intervalında olacaq.

 

Qeyd edək ki, Rusiyada bu il inflyasiyanın güclənməsinin əsas səbəbi rublun ucuzlaşmasıdır.

 

Vasif

Sfera.az

 

 

Seçilən
11
sfera.az

1Mənbələr