Avstraliyada biotəhlükəsizlik protokollarının ciddi şəkildə pozulması səbəbindən Kvinslend İctimai Səhiyyə Laboratoriyasından ölümcül virusun yüzlərlə nümunəsi yoxa çıxıb.
Azpost.info Fox Newsa istinaən bildirir ki, bu barədə qurumun açıqlamasında deyilir.
2023-cü ilin avqustunda müxtəlif virusları olan 323 sınaq borusu yoxa çıxıb. Kolbalarda Hendra virusu, lissavirus, hantavirus və başqaları kimi patogenlərin nümunələri olub.
Hendra virusu heyvanlardan insanlara ötürülür və yalnız Avstraliyada aşkar edilib. Hantavirus müxtəlif xəstəliklərə və ölümə səbəb olan viruslar ailəsidir. Lyssavirus isə quduzluğa səbəb ola bilən viruslar qrupudur.
Virusların oğurlandığı və ya məhv edildiyi məlum deyil. Bununla belə, səlahiyyətlilər “ictimaiyyət üçün riskə dair heç bir sübut olmadığını” deyirlər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
ABŞ-da Bostonkı Şimal-Şərq Universitetinin süni intellekt və həyat elmləri şöbəsinin rəhbəri Sem Skarpino Fox News-a verdiyi müsahibədə bildirib ki, epidemiya riski aşağıdır. Adı çəkilən patogenlərin insandan insana ötürülməsi məhduddur. Ancaq onların hər biri ölümcül ola bilər. Bəzi hantaviruslar üçün ölüm nisbəti 15%-ə qədər yüksəkdir ki, bu da COVID-19 üçün ölüm nisbətindən 100 dəfədən çox yüksəkdir. Hər üç patogen heyvan və mal-qara üçün təhlükəlidir.