AZ

Macarıstan baş nazirinin atəşkəs təklifinin heç bir mənası yoxdur - ÖZƏL

Macarıstanın baş naziri Viktor Orbanın Rusiya-Ukrayna atəşkəs təşəbbüsü heç bir məna kəsb etmir və medianın diqqətini cəlb etmək cəhdindən başqa bir şey deyil.

Olaylar.az   xəbər verir ki, bunu Ukrayna prezident aparatının müşaviri Mixail Podolyak bildirib.

"Müharibə və sülh nöqteyi-nəzərindən bunun təşəbbüsün heç bir mənası yoxdur. Bununla belə, bu, informasiya məkanında məna kəsb edir, çünki bu, Orbandan medianın sitat gətirməsinə imkan verəcək", - Podolyak deyib. 

"O, nəyisə həll edə bilən, nəyisə şərh edə bilən bir adam rolunu oynamaq istəyir."

Ukrayna rəsmisi təklif olunan atəşkəsin Rusiyanın əlinə keçəcəyini iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr