AZ

ABŞ Türkiyənin YPG/PKK ilə bağlı narahatlığını başa düşür

Suriyadakı mövcud vəziyyəti qiymətləndirən ABŞ administrasiyası Türkiyənin terrorla mübarizədə haqlı narahatlığını tanıdığını bildirib. Bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə müşaviri Con Kirbi deyib. Məlumatı “Anadolu” verib. 

“Türkiyənin öz vətəndaşlarını və ərazisini terror hücumlarından qorumaq hüququ var”, - deyən Kirbi, NATO üzrə müttəfiqlərinin “son vaxtlar belə hücumlara məruz qaldığını” bildirib: “Biz bu haqqı tanıyırıq və Türkiyənin NATO-nun mühüm müttəfiqi olduğunu anlayırıq”.

Kirbi ABŞ-ın Suriyadakı vəziyyət və YPG/PKK ilə bağlı Türkiyə ilə yaxın təmasda olduğunu da bildirib.

Bunun la yanaşı, Kirbi ABŞ-ın YPG/PKK-ya dəstəyini davam etdirəcəyini qeyd edərək, DAEŞ yaraqlılarına qarşı mübarizənin vacibliyini qeyd edib: “Bizim İŞİD-lə mübarizədə maraqlarımız var və bu, Suriya Demokratik Qüvvələri (YPG/PKK) ilə ortaqlıq deməkdir. Bu əməkdaşlıq davam edəcək”.

Mənbicdə Suriya Milli Ordusu (SNA) ilə YPG/PKK terrorçuları arasında baş verən 

P.ƏMİRCANOV
XQ

Seçilən
9
xalqqazeti.az

1Mənbələr