AZ

Lotereyada 33 milyon dollar uddu, cəmi 1 ay yaşadı - FOTO


Noyabrda 202 milyon Braziliya realı (33,5 milyon ABŞ dolları) udan Braziliya sakininin diş müalicəsi zamanı qəfil ürəyi dayanıb.

Bakupost.az xəbər verir ki, bu barədə G1 xəbər portalı məlumat yayıb.

Mato Qroso ştatının Kuyaba şəhərindən olan sakin, 73 yaşlı Antonio Lopez Siqueira 9 noyabrda milli lotereyada böyük məbləğ udub. Onun cekpotu ölkə tarixindəki ən böyük on məbləğdən biri kimi qeydə alınıb. Sərvət sahibi ilk növbədə dişlərini bərpa etdirmək qərarına gəlib.

Kişi bir həftə ərzində stomatoloji klinikaya gedib. Lakin sonuncu ziyarəti zamanı - dekabın 4-də ürəyi tutub. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri onu xilas edə bilməyiblər. Siquieranınmilyoner həyatı cəmi bir ay davam edib.

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Siqueiranın diş müalicəsi aldığı klinika istintaqla tam əməkdaşlıq etdiklərini və mərhumun ailəsinə dəstək verdiklərini bildirib.

Milli lotereyanın təşkilatçısı qeyd edib ki, Siqueira hər həftə lotereya biletləri alır və hər dəfə bir gün mütləq qazanacağını deyərək zarafat edirdi.



Lalə Novruz, BakuPost
Seçilən
47
1
bakupost.az

2Mənbələr