AZ

Cənubi Koreya prezidenti hərbi vəziyyət elanını müdafiə etdi

Cənubi Koreya prezidenti Yoon hərbi vəziyyətin elan edilməsindən sonra ikinci dəfə televiziya ilə ictimaiyyətə müraciət edib.

Turkustan.az xəbər verir ki, Yoon özünümüdafiə edərək bildirib ki, hərbi vəziyyətin elan edilməsi "inzibati tədbir"dir, ona görə də bu, üsyan cəhdi sayıla bilməz və araşdırıla bilməz.

Müxalifətin hökuməti iflic vəziyyətinə salmasına baxmayaraq, ölkəni qorumaq və dövlət işlərini normallaşdırmaq üçün dövlət başçısı olaraq hərbi vəziyyət elan etmək səlahiyyətindən istifadə etdiyini bildirən Yoon, "Bu, çox hesablanmış siyasi müddəadır"-deyib.

AA xəbərinə görə; Prezident Yoon vəzifəsindən uzaqlaşdırılacağı və hərbi vəziyyətin elan edilməsi üçün mühakimə ediləcəyi təqdirdə müqavimət göstərəcəyini bildirərək, Ölkə hakimiyyətini iflic edən və dövlətin konstitusiya quruluşunu pozan qüvvələrin və cinayətkar qrupların qarşısını almaq üçün sona qədər mübarizə aparacağını bildirib.

Aytən Yaşar/ turkustan.az

phrase_var_article.chosen
17
turkustan.az

1phrase_var_article.sources