MDB ölkələri arasında sıx qarşılıqlı əlaqə qarşıya qoyulan bütün vəzifələri etimad və qarşılıqlı anlaşma mühitində həll etməyə imkan verir.
Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında bildirib.
O, Rusiya Federasiyasını cari ildə MDB-yə uğurlu sədrliyi münasibətilə təbrik edib və Tacikistana 2025-ci ildə sədr postunda uğurlar arzulayıb.