AZ

Sülh müqaviləsi ilə bağlı preambula və 15 maddə üzrə müsbət nəticələr əldə olunub - Ceyhun Bayramov

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlıolaraq onu qeyd edə bilərəm ki, layihə preambuladan və 17 maddədənibarətdir. Preambula və 15 maddə üzrə, demək olar ki, müsbətnəticələr əldə olunub.

Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziriCeyhun Bayramov deyib.

O bildirib ki, iki maddə üzrə isə açıq suallar var:

"Həmin o açıq suallar üzrə son müddət ərzində işlər davam edir.Artıq bir neçə raund danışıqlar və mətn mübadilələri həyatakeçirilir. Hələlik tam bir razılaşdırılmış varianta gəlmək mümkünolmayıb. Həmin o iki maddə ilə bağlı işlər davam edir".

Seçilən
8
1
az.trend.az

2Mənbələr