Bakıda ənənəvi olaraq hər il dekabr ayında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası öz fəaliyyətinə başlayır.
Sfera.az xəbər verir ki, artıq Fəvvarələr Meydanında yarmarkaya hazırlıq işləri başlanıb.
“Nargis” Fondu tərəfindən təşkil olunan yarmarkadan toplanan vəsait körpələrin müalicəsi və əməliyyat xərclərinə yönləndirilir.
Qeyd edək ki, yarmarka dekabrın 15-dən yanvarın 15-dək davam edəcək.
Əməkdaşımızın ərazidən lentə aldığı maraqlı görüntüləri təqdim edirik:
FOTOLAR: Anar Bayramlı