AZ

Azərbaycan əhalisi 27,3 milyard manatı GÖRÜN NƏYƏ XƏRCLƏYİB

2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq məhsul satılıb.

Musavat.com Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, on bir ayda əhalinin ərzağa çəkdiyi xərc illik ifadədə 2,2 faiz artmaqla 27 milyard 250 milyon manat, içkilər və tütün məmulatlarına xərci 1,1 faiz azalaraq 2 milyard 285,8 milyon manat, toxuculuq məhsulları, geyim və ayaqqabılara xərci 5,4 faiz artaraq 8 milyard 71,5 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərci 0,7 faiz azalaraq 1 milyard 144,6 milyon manat, avtomobil benzini və dizel yanacağına xərci 6,9 faiz artaraq 3 milyard 120,4 milyon manat təşkil edib.

On bir ayda 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 6,1 faiz artıb.

Musavat.com

Seçilən
24
2
musavat.com

3Mənbələr