AZ

Azərbaycan millisinin keçmiş güləşçisi dopinqə görə cəzalandırılıb

Bakı, 12 dekabr, AZƏRTAC

Sərbəst güləş üzrə Azərbaycan millisinin keçmiş üzvü Xızır Durqayev cəzalanıb.

AZƏRTAC Rusiya mətbuatına istinadən xəbər verir ki, o, antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib. Karyerasını başa vurmuş güləşçinin qadağan olunmuş dərmanlardan istifadə etdiyi təsdiqlənib. 41 yaşlı idmançının cəzasının müddəti 2024-cü il iyul ayının 18-dən hesablanır.

Qeyd edək ki, X.Durqayev 2007-ci ilə qədər beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib.

Seçilən
33
1
azertag.az

2Mənbələr