AZ

1.5 milyon sakin İŞIQSIZ qalacaq - Yeni rüsumlar...

Donald Tramp prezident seçildikdən dərhal sonra vəd etdiyi kimi, Kanada mallarına 25 faizlik rüsum tətbiq etsə, Kanadadan ABŞ-a elektrik enerjisinin verilməsi dayandırılacaq.

Musavat.com CBC telekanalına istinadən xəbər verir ki, bunu jurnalistlərə Kanadanın Ontario əyalətinin baş naziri Duq Ford deyib: “Bunun olmasını istəmirəm, amma mənim bir nömrəli prioritetim Ontarionu, əyalət əhalisini və bütün kanadalıları qorumaqdır".

Qeyd edək ki, Kanadanın bu əyaləti ABŞ-ın Nyu-York, Miçiqan və Minnesota ştatlarına elektrik enerjisinin əsas ixracatçısıdır. 2023-cü ildə Ontario ABŞ-da 1,5 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edib.

Ford həmçinin Kanadanın maliyyə naziri Kristia Frilandın tezliklə Kanadanın cavab tarifləri tətbiq edəcəyi ABŞ mallarının siyahısını tərtib edəcəyini və Ontario hökumətinin də eyni siyahı hazırlayacağını deyib.

Kanadanın Baş naziri Castin Trüdo Floridadakı iqamətgahında Tramp ilə görüşüb və Kanadada ehtimal olunan cavab addımlarını müzakirə etmək üçün əyalət başçıları ilə iki görüş keçirib.

Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr