AZ

Paşinyanın danladığı qubernator istefa verdi

Ermənistanın Şirak vilayətinin qubernatoru Muşeq Muradyan istefa məktubu yazıb.

Modern.az xəbər verir ki, bu barədə hökumətin iclasında ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.

Öz növbəsində baş nazir Nikol Paşinyan Muradyana gördüyü işlərə görə təşəkkür edib və gələcək əməkdaşlığa ümid etdiyini bildirib. Muradyan cavabında Nazirlər Kabinetinin rəhbərinə göstərdiyi etimada görə təşəkkür edib.

"Mən həmişə komandanın yanında olacağam",- o deyib.

Bir müddət öncə Muradyanı kənd məktəbində yüksək rütbəli hərbçilərdən birnin adını daşıyan sinif açdığına görə baş nazir tərəfindən danlanmışdı.

phrase_var_article.chosen
15
1
modern.az

2phrase_var_article.sources