Gecə saatlarında Salyanda ağır yol qəzası baş verib.
Ekologiya.az xəbər verir ki, saat 01:40 radələrində 1996-cı il təvəllüdlü Məlikzadə Seymur Rafiq oğlunun idarə etdiyi “Renault Megan” markalı avtomobil rayonun Xalac kəndində hasara çırpılıb.
İdarəetmədən çıxaraq daş hasara çırpılan avtomobilin sürücüsü hadisə yerində ölüb. 1997-ci il təvəllüdlü sərnişin Rəhmanov Şəhriyar Tofiq oğlu isə xəsarət alaraq Salyan Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.