AZ

Azərbaycan 2025-ci ildə MDB tədbirlərinə fəal hazırlaşır – Əli Əsədov

Bakı. Trend:

Azərbaycan 2025-ci ildə MDB çərçivəsində keçirilməsiplanlaşdırılan tədbirlərə fəal hazırlıq aparır.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın Baş naziri Əli Əsədov Moskvada MDB HökumətBaşçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

"Görüş çərçivəsində 2025–2026-cı illər üçün humanitar əməkdaşlıqsahəsində prioritet tədbirlər planının təsdiqi nəzərdə tutulur ki,bu da, şübhəsiz, qarşılıqlı əlaqələrimizin humanitar komponentinindərinləşdirilməsinə müsbət təsir göstərəcək.

2025-ci ildə MDB çərçivəsində mühüm mədəni və idmantədbirlərinin keçirilməsi planlaşdırılır, Azərbaycan bu tədbirlərəfəal hazırlıq aparır", – deyə o bildirib.

Baş nazir qeyd edib ki, Azərbaycan MDB-nin “Birliyin mədənipaytaxtları” Dövlətlərarası Proqramı çərçivəsində əməkdaşlığa böyükönəm verir.

"Cari ilin 8 oktyabr tarixində Dövlət Başçıları Şurasınınqərarına əsasən, Azərbaycanın Laçın şəhəri 2025-ci il üçün BirliyinMədəni Paytaxtı elan edilib. Azad edilmiş Laçın şəhəri bu günsürətlə bərpa olunur. Təbii gözəlliklərə və çoxəsrlik tarixə malikşəhərdə genişmiqyaslı infrastruktur və sosial layihələr sürətləhəyata keçirilir, həyatın bərpasına və iqtisadi rifaha yönəlmişaddımlar atılır.

"Böyük Qayıdış" proqramı çərçivəsində artıq Laçına 2 mindən çoxinsan qayıdıb və gələn il Laçın Beynəlxalq Hava Limanınınistifadəyə verilməsi planlaşdırılır. Əminəm ki, Birliyin mədənipaytaxtı statusu Laçın şəhərinin bütün mədəni zənginliyini vəmüxtəlifliyini layiqincə təqdim etməsinə imkan yaradacaq", – deyəƏ.Əsədov əlavə edib.

Əli Əsədov xatırladıb ki, gələn il Azərbaycanda III MDB Oyunlarıkeçiriləcək.

"Bildiyiniz kimi, Birliyin idman paytaxtı Gəncə şəhəri olacaq.Əminik ki, idman paytaxtı statusunun verilməsi şəhərin idmanpotensialını üzə çıxaracaq və idman turizminin inkişafı üçünəlverişli şərait yaradacaq", – deyə Baş nazir vurğulayıb.

phrase_var_article.chosen
26
az.trend.az

1phrase_var_article.sources