ABŞ Dövlət katibi Blinkenin Nümayəndələr Palatasındakı çıxışı Fələstin tərəfdarının şüarları ilə kəsilib.
Ulusal.az xəbər verir ki, nümayişçilər Nümayəndələr Palatasının Əfqanıstanla bağlı iclasında ABŞ Dövlət katibi Antoni Blinkenin çıxışını kəsiblər.
ABŞ Dövlət katibi çıxışına başlayan kimi etirazçılar onu “soyqırım naziri” və “Qəzza qəssabı” adlandırmağa başlayıblar.
Mühafizəçilər fəalları zaldan çıxararkən, zaldakı digər fəallar “Qəzzada uşaqları öldürməyi dayandırın!” şüarları səsləndirməyə başlayıblar.