AZ

Zukerberq ABŞ-nin seçilmiş prezidenti ilə münasibətləri yaxşılaşdırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin "Meta" korporasiyası gələcək dövlət başçısı ilə münasibətləri yaxşılaşdırmaq məqsədilə ölkənin yeni seçilmiş Prezidenti Donald Trampa bir milyon dollar ianə edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Amerika qəzeti "The Wall Street Journal" yazıb.
"Seçilmiş prezident Donald Trampın təntənəli andiçmə fonduna "Meta" bir milyon dollar ianə edib ki, bu da baş icraçı direktor Mark Zukerberqin vəzifəyə başlayan prezidentlə bir vaxtlar gərgin olan münasibətlərini möhkəmləndirmək üçün son addımı olub", - deyə bildirilib.
İanə şirkətin özü tərəfindən təsdiqlənib. Bu, Zukerberq və onun şirkətinin əvvəlki təcrübəsindən kənara çıxma olub. Nəşr xatırladır ki, seçki kampaniyası çərçivəsində Tramp texnologiya maqnatını ona qarşı seçkilərə təsir göstərməyə cəhd edəcəyi təqdirdə cəzalandıracağı ilə hədələyib.
Seçilən
37
50
oxu.az

10Mənbələr