AFFA "Qarabağ"ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqovu cəzalandırıb.
QOL.az xəbər verir ki, bu haqda AFFA İntizam Komitəsinin bu gün açıqlanan qərarında bildirilib.
Qeyd olunub ki, 5 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən "Sabah" – Qarabağ" oyununda qonaq komandanın baş məşqçisi Rəşad Sadiqov qarşılaşmanın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir etdiyinə görə qırmızı vərəqə alıb.
Bu səbəbdən o, 5 oyunluq cəzalandırılıb.