AZ

MDB Hökumət Başçıları Şurasının növbəti iclası gələn il mayın 30-na təyin edilib

MDB Hökumət Başçıları Şurasının növbəti iclası 2025-ci il mayın 30-na təyin edilib.

“Report” xəbər verir ki, bunu Birliyin baş katibi Sergey Lebedev hökumət başçılarının Moskvada keçirilən iclasında deyib.

"MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2025-ci il mayın 30-da Düşənbə şəhərində keçirilməsi təklif olunur. Tacikistan Respublikası rəhbərliyinin razılığı var", - o bildirib.

Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının iclasları ildə iki dəfə keçirilir. Növbədənkənar iclaslar dövlətlərdən birinin hökumətinin təşəbbüsü ilə çağırıla bilər.

Beləliklə, 2025-ci ildə MDB-yə sədrlik Tacikistana keçəcək.

Seçilən
6
5
far.az

6Mənbələr