AZ

Əli Əsədov: Azərbaycana qarşı aparılan kampaniyaya baxmayaraq, COP29-da irəliləyişə nail olunub

Bakı iqlim konfransı COP29-un yekunları üzrə əldə edilmiş razılaşmalar bəşəriyyətin gələcəyi və qlobal iqlim gündəliyi üçün müstəsna əhəmiyyət kəsb edir.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Baş nazir Əli Əsədov MDB Hökumət Başçılarının Moskvada keçirilən görüşündə çıxışı zamanı deyib.

"COP29 çərçivəsində mühüm qərarlar, o cümlədən inkişaf etməkdə olan ölkələrə rekord məbləğdə - ildə 300 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması, habelə İtki və Zərər Fondunun fəaliyyətə başlaması barədə qərarlar qəbul edilib. Əldə edilmiş razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilmiş qərarlar bəşəriyyətin gələcəyi və dünya iqlim gündəliyi üçün müstəsna əhəmiyyət kəsb edir", - Baş nazir bildirib.

O qeyd edib ki, COP29-a 80 dövlət və hökumət başçısı, həmçinin 76 mindən çox qeydiyyatdan keçmiş iştirakçı qatılıb.

"Azərbaycanın sədrliyi bir daha güclü siyasi iradənin və peşəkarlığın mövcudluğunu nümayiş etdirdi. Bu cəhətlər Azərbaycana qarşı aparılan genişmiqyaslı, əsassız kampaniyaya və hətta dünya ictimaiyyəti üçün bu qədər önəmli olan tədbirin boykot edilməsi çağırışlarına baxmayaraq, konfransı layiqli səviyyədə keçirməyə, mühüm nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda irəliləyişə nail olmağa imkan verib", - Ə.Əsədov vurğulayıb.

Seçilən
0
2
ekologiya.az

3Mənbələr