AZ

Ermənistanın yenidən silahlandırılması regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir edir - Zakir Həsənov

Bakı. Trend:

Ermənistanın yenidən silahlandırılması regionda sülhün vəsabitliyin qorunmasına mənfi təsir edir.

Trend xəbərverir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənovölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Hərbi HavaQüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlununrəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcudəməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətiniməlumatlandırıb. Ermənistanın yenidən silahlandırılmasının regiondasülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyinivurğulayıb.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin dostluq və qardaşlıqmünasibətləri üzərində qurulduğunu bildirən nazir hərbiəməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyinivurğulayıb. Qardaş ölkənin hərbi sənayesinin günü-gündən inkişafetməsinin qürurverici məqam olduğunu bildirib.

Seçilən
25
6
az.trend.az

10Mənbələr