AZ

Qvardiola uduzandan sonra nələr dedi?

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunun səfər matçında "Yuventus"a 0:2 hesabla uduzmasını şərh edib:

“Mən hesab etmirəm ki, məğlubiyyətin səbəbi müdafiədəki səhvlər idi, səbəb bu deyil. Oyun ərzində dəfələrlə qol şansımız oldu. Biz ən yaxşıyıq, komandamı, oyun tərzimizi sevirəm və bu nəticə məni qane edir.

Nəticələrlə nə baş verdiyini təhlil edirəm. Bir yol tapmağa, qələbə tapmağa çalışıram.

"Yuventus" əla komandadır və mən onlara ən yaxşısını arzulayıram. Onları qələbə münasibəti ilə təbrik edirəm, biz növbəti oyunlara köklənməliyik",-deyə o bildirib.

Ağa Dadaşzadə

News24.az


Seçilən
12
news24.az

1Mənbələr