AZ

Məhkəmə zalında hakimə hücum etdi: 65 il cəza aldı

Las-Veqas məhkəməsində qeyri-adi hadisə baş verib.

Publika.az xəbər verir ki, Deobra Redden “Clark County” məhkəməsinin hakimi Meri Kay Holthusa hücuma görə Nevada həbsxanasında 65 il cəza çəkməyə məhkum edilib.

31 yaşlı Reddenin ruhi xəstə olduğu məlum olub. Redden hakimin masasının üstündən atlayaraq ona hücum edib. Məhkəmə zalında çəkilmiş videoda 62 yaşlı hakimin oturduğu yerdən yıxıldığı məlum olub. Redden hakimin saçından tutub, onu yerə yıxıb. ABŞ bayrağı onların üzərinə düşüb.

Məhkəmə rəsmiləri bildiriblər ki, Holthus xəsarət alıb, lakin xəstəxanaya yerləşdirilməyib.

Reddenin müdafiəçisi Carl Arnold müvəkkilinin şizofreniya xəstəliyindən əziyyət çəkdiyini və həmin an zəruri dərmanları qəbul etmədiyini söyləyib.

Redden məhkəmədə Holthusu öldürmək niyyətində olmadığını bildirib.

phrase_var_article.chosen
22
1
publika.az

2phrase_var_article.sources