AZ

İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi - Foto

Dekabrın 11-də İrəvanda Ümumçin Xalq Nümayəndələri Yığıncağı Mərkəzi Komitəsinin 64-cü iclası keçirilib.
BUTA.TVGlobalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. İddia edilir ki, Rumıniya, Şimali Makedoniya, Yunanıstan, Bolqarıstan Ukrayna, Serbiya və digər bir neçə ölkə ilə yanaşı Türkiyə və Azərbaycandan da nümayəndələr iştirak ediblər. Məlumata görə, iclasda Azərbaycanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Asambleyasının Baş katibi Asəf Hacıyev təmsil edib. Görüşü Ermənistan parlamentinin spikeri Alen Simonyan açıb. May ayında komitəsinin 63-cü iclasında protokol sənədinin təsdiq edilməsindən sonra 2025-cü il üçün yığıncağın büdcəsi müzakirə olunub. Daha sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Lazar Komanesku və Qara Dəniz İqtisadi Əməkdaşlıq və İnkişaf bankının sədri Serhat Köksal çıxış ediblər. Onlar təşkilatın fəaliyyəti ilə bağlı məlumatları iclas iştirakçılarına çatdırıblar. KTMT Parlament Asambleyanının Ermənistan nümayəndə heyətinin rəhbəri Babken Tunyan ölkəsinin qonşu dövlətlərlə sərhədlərinin bağlı qalmasının müsbət hal olmadığını bildirib. O, iqtisadi inkişaf üçün münasibətlərin normallaşması və kommunikasiya xətlərinin açılmasının vacibliyini vurğulayıb. Sessiyada onlayn formatda iştirak edən Türkiyə nümayəndə heyətinin rəhbəri Faik Dönməz Ermənistanla münasibətlərin normallaşmasının və sərhədlərin açılmasının vacibliyini vurğulayıb. Ankaranın Bakı və irəvan arasında sülhün əldə olunmasına dəstəyindən danışıb. Sonda 65-ci iclasın Bakıda keçirilməsi qərarlaşdırılıb və sədrlik Ermənistandan Azərbaycana keçib.

Qeyd edək ki, bundan öncə də Azərbaycan parlamentinin nümayəndələri İrəvanda keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər. Son olaraq Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov 2022-ci ildə AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistana səfər ediblər.

Seçilən
453
3
buta.tv

4Mənbələr