\"Meta” şirkətinin baş direktoru Mark Zukerberq ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasimi üçün ayrılan fonda 1 milyon dollar bağışlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə \"Meta\" sözçüsü Wall Street Journal (WSJ) qəzetinə açıqlama verib.
Açıqlamada Zukerberqin Trampın andiçmə mərasiminin xərcləri üçün istifadə olunacaq fonda 1 milyon dollar bağışladığı qeyd edilib.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da ABŞ-da 5 nəfərin ölümü ilə nəticələnən Konqres basqınından bir gün sonra Facebook və İnstaqram Trampın hesablarını qeyri-müəyyən müddətə bağlamışdı. Zukerberin bu addımı Trampla münasibətləri bərpa etmək məsədi ilə etdiyi düşünülür.