“Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, “Meta” sözçüsü məsələ ilə bağlı açıqlama verib.

İndex.az xəbər verir ki, açıqlamada Zukerberqin ABŞ-ın seçilmiş prezidenti vəzifəsinə başlayacaq Trampın andiçmə mərasiminin xərcləri üçün istifadə olunacaq fonda 1 milyon dollar bağışladığı qeyd edilib.

Şirkətdən ianənin səbəbi ilə bağlı açıqlama verilməsə də, ikili Trampın Floridadakı Mar-a-Laqo malikanəsində təşkil edilən şam yeməyində bir araya gəldikdən sonra edilən ianə Zukerberqin Trampla münasibətlərdə müsbət inkişaf yolunda atdığı addım olaraq qiymətləndirildi.